Son 1 gündə Çinin 24 bölgəsində koronavirus aşkarlanmayıb
Çinin Hubey əyalətindən kənar bölgələrdə koronavirusa yeni yoluxmaların sayı azalmağa başlayıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Hubeydə son 24 saatda yeni yoluxmaların sayı 398 olsa da, digər bölgələrdə ümumilikdə yalnız 11 yoluxma faktı qeydə alınıb. Bununla belə, Çinin 24 bölgəsi ümumiyyətlə son 1 gündə yoluxma hadisəsinin qeydə alınmadığını açıqlayıblar.