MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxılıb. “Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizədlər müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız bir seçki məntəqəsində pozuntu halları aşkar edilib”. İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.