Bakıda fəhlə faciəli şəkildə öldü
Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib. “Report”un xəbərinə görə, hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.