Astaranın baş həkimi işdən çıxarıldı
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) "Report”a faktı təsdiqləyib.

TƏBİB-dən bildirilib ki, Əlövsət Əliyev ötən gün tutduğu baş həkim vəzifəsindən kənarlaşdırılıb.

Onun yerinə Elnur Azadxanov təyin olunub.