Turistlər koronavirusa yoluxmamaq üçün bu ölkələrə səyahət etməkdən imtina etməlidirlər
“Express” nəşriyyatı koronavirus epidemiyasının yayıldığı dövrdə turistlər üçün  təhlükəsiz olan ölkələrin siyahısını dərc edib. Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir. Onlar sırasında Polşa və Türkiyə də daxildir. Çin Bildiyimiz kimi, koronavirus epidemiyası Çinin Uxan şəhərində yayılmağa başlayıb. Buna görə turistlər bu ölkəyə səyahət etməkdən çəkinməlidirlər. Sinqapur Sinqapurda 90 yoluxma halı qeydə alınıb. Baxmayaraq ki, onlardan 53 nəfər sağalıb, ekspertlər bu ölkəyə səyahət etməyi məsləhət görmürlər. Küveyt hakimiyyəti virusun yayılmasından qorxaraq, Sinqapur və Yaponiya ilə uçuşları dayandırdı. Yaponiya Yaponiyada yoluxma hallarının əksəriyyəti Tokionun payına düşür, ümumilikdə 850 nəfər yoluxub. Tailand Tailandda 37 yoluxma halı qeydə alınıb, onlardan iksi bu yaxında aşkarlanıb. Hökumətin verdiyi məlumata görə, 37 nəfərdən 22 nəfər sağalıb. Buna baxmayaraq, ekspertlər turistlərə Tailanda getməyi tövsiyə etmirlər. Cənubi Koreya Son məlumata görə, Cənubi Koreyada koronavirusa yoluxanları sayı 1146 nəfərə çatıb. Onlardan 22 nəfər sağalıb, yeddi nəfər isə dünyasını dəyişib. Malayziya Hökumət virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni edir. Ölkəyə Çindən gələn turistlərə nəzarət gücləndirilib, ümumilikdə 21 yoluxma halı qeydə alınıb. İtaliya Avropa ölkələri arasında koronavirus epidemiyasının episentri İtaliyadır, ümumilikdə koronavirusdan 11 nəfər dünyasını dəyişib