Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü
Cənubi Koreyada daha 115 nəfərə koronavirus diaqnozu qoyulub. “Report” “The Korea Herald”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 261-ə çatıb. Məlumata görə, Cənubi Koreyada koronavirusdan ölənlərin ümumi sayı 12-dir. Xatırladaq ki, dünyada koronavirus daşıyıcılarının sayı 81 133 nəfərdir. Epidemiyadan ölənlərin sayı isə 2 765-ə çatıb.