MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi
Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
Bunu "Report"un sorğusuna cavab olaraq MSK katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib. 
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.