Selfi üçün 10 min tələb edir - Məşhur aktyorun fanatları qəzəbləndi
Conni Depp, Elis Kuper, Co Perridən ibarət "Hollywood Vampires" musiqi qrupu dünya turu çərçivəsində Türkiyəyə gələcək.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrup 13 sentyabr 2020-ci il tarixində İstanbulda səhnəyə çıxacaq. İndidən satışa çıxarılan biletlərin qiyməti 220-1100 lirə (60-304 manat) arasında dəyişir. VİP biletlərin qiyməti isə 10 min lirə (2764 manat) təşkil edir. Maraqlısı odur ki, VİP bilet alanlar qrup üzvləri ilə tanış olub, onlarla selfi çəkdirmək şansına da sahib olacaq. Biletlərin belə baha olması sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər "Coni Diplə selfi etmək üçün 10 min ödəmək lazım imiş" yazaraq konsertin təşkilatçılarını tənqid ediblər.