Anelka "Fənərbaxça"ya dönmək istəyir
"Fənərbaxça" tarixinin ən önəmli transferlərindən biri olan Nikolas Anelka kluba dönmək istədiyini bildirdi. "AzPolitika.info" xəbər verir ki, 2005- 2006- cı illərdə "Fənərbaxça" formasını geyən Nikolas Anelka öz "İnstaqram" səhifəsindən paylaşım edib.2016-ci ildə futbolu buraxan Anelka etdiyi paylaşımda "Klub prezidenti Əli Koçu dəstəkləyirəm və sarı-lacivərdli klubda baş məşqçi və ya məşqçi olaraq çalışmaq istəyirəm" deyə bildirib. Hal-hazirda Nikolas Anelka Fransanın "Lill" klubunda çalışır.