“Yuventus” və “Real” məğlub oldu - Çempionlar Liqası
Ötən gecə Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.   Modern.az xəbər verir ki, Fransanın "Lion" klubu öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edib. Oyun meydan sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.   Oyunda yeganə qolu 31-ci dəqiqədə Tuzar vurub.   Digər oyunda İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.   Oyunda qolları İsko (60-cı dəqiqə), Qabriel Jesus (78-ci dəqiqə) və Kevin De Brüyne (83-cü dəqiqə, penalti) vurublar.