Tramp böhtana görə KİV-i məhkəməyə verməyə davam edəcək
ABŞ dövlət başçısı Donald Tramp ona böhtan atan materiallar yayan medianı məhkəməyə verməyə davam edəcəyini deyib. 
Qaynarinfo xəbər verir ki, bu sözləri o, Ağ Evdə jurnalistlərlə söhbət zamanı onun təşviqat qərargahının "The New York Times" qəzetini məhkəməyə vermək qərarını şərh edərkən bildirib.
Sözügedən məqalədə Trampın təşviqat qərargahı ilə Kreml arasında mümkün əlaqələrdən və sanksiyaların təzyiqini yüngülləşdirəcəyi təqdirdə Moskvanın 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir göstərmək cəhdlərindən bəhs edilib.
"Məqaləni oxusanız, görəcəksiniz ki, o bir təhlil olmaqdan çox uzaqdır. Bu, şərh deyil, şərhdən çox uzaqbir şeydir. Onlar çox pis hərəkət ediblər, buna görə də məhkəmə iddialarımız davam edəcək”, - Ağ Evin sahibi əlavə edib.