"Çocuklar Duymasın" serialında "Çayçı Hüseyn" obrazını canlandıran Alparslan Özmolun koronavirusdan ölməsi ilə bağlı xəbərlər yayılıb. Open.az xəbər verir ki, tez-tez sosial şəbəkələrdə ölümü ilə bağlı yalan xəbərlər yayılan bəstəboylu aktyorun, budəfəki "ölüm" xəbərinə heç kəs inanmayıb. Aktyoru sevənlər "Bu dəfə cənazənə gələ bilmədik. Eybi yox, gələn dəfəyə qalsın" "Bu il yaman tez öldün" deyərək, sosial şəbəkələrdə bu xəbərləri yayanları ələ salıblar. Qeyd edək ki, Alparslan Özmol 1974-cü il aprelin 19-da Almaniyanın Hamburq şəhərində doğulub. Boyunun balaca olmasına görə, orta məktəbdə oxuya bilməyib. Təhsilini yarımçıq qoyub, ailəsi ilə birlikdə Bursaya köç edən Alparslan Özmol, bir müddət turistlərə baş örtükləri satmaqla pul qazanıb. Bursa Dövlət Teatrında çətinliklə işə düzələn aktyorun həyatı Birol Güvənlə tanış olduqdan sonra dəyişib. Əvvəlcə Birol Güvənin TGRT kanalında efirə gedən "Kahkaha Show" proqramında "mafya babası" obrazını canlandırıb. Bu obrazın sevilməsi ilə İstanbula köçən balaca boylu aktyor "Ayrılsaq da Bərabəriz" serialında ilk dəfə "Çayçı Hüseyn" obrazını yaradır. Aktyorun "Çayçı Hüseyn"i çox bəyənilir. Birol Güvən "Çocuklar Duymasın" serialını çəkməyə başlayanda Alparslan Özmolu yenidən bu obrazı ifa etməyə dəvət edir. Beləliklə də, "Çayçı Hüseyn" bütün Türkiyənin sevimlisinə çevrilir.