"Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq"- Türkiyə Prezident Administrasiyası açıqlama yayıb
Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Hazırda hava və qurudan Suriya rejiminin bütün hədəflərinə zərbələr endirilir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu açıqlamanı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun yayıb. O bildirib ki, zərbələr endirilməkdə davam edəcək: "Suriya ordusunun bütün bilinən hədəflərinə hazırda zərbələr endirilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək. Astana sammiti tərəfləri başda olmaqla, bütün beynəlxalq toplumu üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq". Qeyd edək ki, bu gün Suriya ordusunun hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, 36 yaralı var.