Fəzada rekord gücdə partlayış aşkarlanıb
Fəzanın dərinliklərində 14 milyard il bundan əvvəl baş verdiyi məlum olan böyük partlamadan sonra rekord gücdə yeni bir partlayış aşkarlanıb. “Report” "Cnet"ə istinadən xəbər verir ki, hadisəni yerüstü və orbitdəki teleskoplardan daxil olan məlumatları təhlil edən beynəlxalq alimlər qrupu müəyyən edib. Günəş sistemindən 390 milyon işıq ili məsafədə "Ophiuchus" (İlançı) qalaktikalar klasterində (qrupunda) yerləşən qara dəlikdə baş verən bu partlayış nəticəsində əvvəlki hadisəyə nisbətən 5 dəfə çox enerji fəzaya atılıb.