"Real Madrid" El-Klasikoda qalib gələrək lider oldu - VİDEO
İspaniya La Liqasında XVI turun mərkəzi görüşü "Real Madrid" və "Barselona" komandaları arasında keçirilib. "Report"un məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 71-ci dəqiqədə Vinisius Junior vurub. Son nöqtəni isə 90+2-ci dəqiqədə Mariano Dias qoyub. Bu qələbə sayəsində xalını 56-ya çatdıran "Real Madrid" liderliyə yüksəlib. 55 xalı olan "Barselona" isə 2-ci pilləyə enib.