İraqda koronavirusa yoluxanların sayı 18-ə çatdı
İraqda daha 6 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.   Modern.az "TASS"a istinadla xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.   Bildirilib ki, onlardan ikisi Bağdadda, dördü isə Süleymanidə qeydə alınıb:   "Yoluxanların hamısı təzəlikcə İrandan qayıdıb. Hazırda onlar nazirliyin tibb müəssisələrində lazımi tibbi yardım alırlar. Müvafiq tədbirlər həmin şəxslərlə əlaqədə olan hər kəsə şamil edilir".   Bununla da İraqda koronavirusa yoluxanların 18 nəfərə çatıb.