Paşinyanın qızı Qarabağın Ermənistana birləşdirildiyi xəritə yaydı
Aprelin 5-də Ermənistanda Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və məhkəmənin daha 6 üzvünün səlahiyyətlərinin dayandırılması ilə bağlı referendum keçiriləcək.

Fevralın 17-dən referendumla bağlı təşviqat kampaniyasına start verilib. Ermənistanın Baş naziri Nikol Paşinyan və onun tərəfdarları "Bəli", keçmiş president Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət qüvvələri isə "Yox" kampanyasına başlayıblar. Yenisabah.az xəbər verir ki, Nikol Paşinyanın qızı Məryəm Paşinyan atasının rəhbərlik etdiyi "Mənim addımım" partiyasının təşviqat materialını paylaşıb. Təşviqat materialnın şüarı "Qürurlu vətəndaş pasportu"dur. Materialnın üzərində Dağlıq Qarabağ bölgəsi və ona bitişik ətraf rayonlar Ermənistanın ərazisi kimi göstərilib. Bununla da Ermənistanın Azərbaycan ərazilərini işğal etmədikləri barədə iddialarının əsassız olduğu növbətə dəfə aydın olub.
Paşinyanın qızı Qarabağın Ermənistana birləşdirildiyi xəritə yaydı Yenisabah.az