Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 4 nəfərə çatıb.   Modern.az-ın məlumatına görə, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi bu haqda məlumat yayıb.   Mərkəzdən qeyd edilib ki, yoluxma aşkarlanan şəxs martın 1-də İtaliyadan qayıtmış Gürcüstan vətəndaşıdır.   Xatırladaq ki, Gürcüstanda koronovirusa ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb.