“Koronavirus nədir ki, mənə nəsə eləsin, onun “dədəsini yandırıram”...”
Müğənni Əli Mirəliyev dünya ölkələrində ölümə səbəb olan və sürətlə yayılmağa başlayan koronavirusun bir siyasi oyun olduğunu düşünür. Bu haqda Moderator.az-a açıqlamasında Ə.Mirəliyev koronavirusa yoluxmaqdan qorxmadığını bildirib:
“Bilirsiniz necədi, koronavirus bir siyasi oyundur və onu da çox yaxşı oynayırlar. Mən belə düşünürəm. Düzdü, koronavirusdan Çində və başqa ölkələrdə insanlar ölür. Bunun adı koronavirus yox, “xuanvirusdur”. Koronavirusun yayıldığı Vuhan şəhərində çinlilər bizim Quranı yandırıblar. Ona görə də Allah onlara böyük bir bəla verib və onlar da fürsətdən istifadə edib bu fəlakəti yer üzünə yayırlar. Mən qorxmuram, artıq yetmiş yaşım var və koronavirus nədir ki, mənə nəsə eləsin, onun “dədəsini yandırıram”. Deyirlər ki, ümmuniteti zəif, yaşlı adamları tutur, indi baxın görün mən zəif adama oxşayıram?”