Rusiyada qadınların nədən daha çox zövq aldıqları açıqlandı
Rus qadınları kişilərdən daha çox işləməkdən zövq alırlar. KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi “Ümumrusiya Əhali Siyahısı 2020”nin media bürosunun hesabatına istinadən yayıb. Sənədə görə, qadınlar kişilərdən fərqli olaraq daha çox vəzifələrindən, iş qrafikindən, iş şəraitindən məmnundurlar. Üstəlik, işləyən qadınların demək olar ki, hamısı qazanclarından razı deyillər. Media bürosu qeyd edir ki, iqtisadiyyatın bütün sahələrində, vəzifələrindən asılı olmayaraq qadınlar üçün orta əmək haqqı kişilərə nisbətən daha aşağıdır. Ümumilikdə qadınların və kişilərin 86% -i həftədə təxminən 40 saat işləyir. Bununla birlikdə işləyən rus qadınlarının sərbəst vaxtları azdır və həftənin istənilən günü ev işlərinə iki qat daha çox vaxt sərf edirlər.