Sumqayıtda məşhur abidənin müəllifi vəfat etdi - FOTO
Sumqayıtda “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib. Abidənin müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.