Ərdoğan Belçikaya səfər edəcək
Səfər martın 9-na nəzərdə tutulub   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçikanın paytaxtı Brüsselə rəsmi səfəri planlaşdırılır.   AYNA xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.   Qeyd olunub ki, səfər martın 9-na nəzərdə tutulub.   Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub. Telefon danışığında İdlibdəki böhran vəziyyəti və qaçqınlar problemi müzakirə edilib