Cavid Hüseynovla bağlı apellyasiya şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. AFFA-nın saytında yer alan xəbərə görə, iclasda “Zirə” tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb. Tribunal bu müraciəti təmin etməyib. İntizam Komitəsinin Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılan Cavid Hüseynovun dörd oyunluq cəzası və klubun 3200 manatlıq cərimə olunması qərarı qüvvədə saxlanılıb.