Ronaldo "Yuventus"a qayıtmaq istəmir
“Yuventus”un və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo İtaliyaya qayıtmaqdan imtina edib.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, artıq qərarını da çıxış etdiyi kluba bildirən Ronaldo bu addımı komanda yoldaşı müdafiəçi Daniele Ruqaninin koronavirus testinin müsbət çıxması ilə bağlı xəbəri aldıqdan sonra atıb.
Xatırladaq ki, Ruqanidə COVID-19 aşkarlandıqdan sonra “Yuventus”un bütün heyətinin karantinə götürülüb.