Deputat seçilən rektorun vəzifəsi ona tapşırıldı
Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.
İnstitutdan verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir. Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib.
Xatırladaq ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.
Prezidentin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.