İranda sutka ərzində 1075 nəfər koronavirusa yoluxub - 75-i isə ölüb
İranda ötən sutka ərzində 1 075 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.   Bu barәdә Modern.az-a İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.   Nazirliyin mәtbuat xidmәtinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusa yoluxanların sayı 10 075 nəfərə çatıb. Ötən sutka ərzində 75 nəfərin virus nəticə öldüyünü deyib.   Nazirlik rəsmisi əlavə edib ki, ümumilikdə İranda yeni koronavirusdan ölənlərin sayı 429 nəfərə çatıb. Ümumilikdə bu günədək 3 276 nəfər sağalıb.
Sıra Vilayət adı Yoluxma halı (nəfər)
1 Tehran 2 673
2 Qum 846
3 Gilan 613
4 İsfahan 792
5 Əlborz 458
6 Mazandaran 997
7 Mərkəzi 535
8 Qəzvin 326
9 Simnan 324
10 Gülüstan 213
11 Rəzəvi Xorasanı 285
12 Fars 199
13 Lorestan 210
14 Şərqi Azərbaycan 182
15 Xuzistan   158
16 Yəzd 171
17 Zəncan 116
18 Kürdüstan 93
19 Ərdəbil 106
20 Kirmanşah 79
21 Kirman 65
22 Həmədan 96
23 Sistan və Bəluçestan 50
24 Hörmüzqan 79
25 Cənubi Xorasan 78
26 Şimali Xorasan 45
27 Çahar-Mahal və Bəxtiyari 49
28 İlam 69
29 Qərbi Azərbaycan 119
30 Kohgiluyə və Buyir- Əhməd 26
31 Buşehr 21