“Azərsığorta”nın sədri vəzifəsindən azad edilib
Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta) sədri Məmməd Əhməd oğlu Məmmədov vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Xatırladaq ki, M.Məmmədov 13 yanvar 1993-cü il tarixindən "Azərsığorta"ya rəhbərlik edir.