Azərbaycanda 19 koronavirusa yoluxma halı qeydə alınıb - RƏSMİ
"Hazırda Azərbaycanda rəsmi olaraq koronavirusa yoluxduğu təsdiqlənən 19 hal qeydə alınıb". "Report" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, onlardan 3 nəfəri tam sağalaraq evə buraxılıb. Y.Qarayeva bildirib ki, virus aşkar olunan hallar epidemioloji əlaqəli hadisələrdir.