Tanınmış hüquq müdafiəçisi şərlənərək həbs olunan jurnalistlə bağlı hakimə müraciət etdi
Şərlənərək həbs olunan jurnalist Mahmud Tağıyevin həyat yoldaşı K.Tağıyeva məhkəmənin çıxartdığı ədalətsiz hökmlə bağlı  D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti İB-nin sədri Novella Cəfərova müraciət etmişdir. Həmin müraciətə əsasən hüquq müdafiəçisi Novella xanım Cəfərova Azərbaycan Respublikasının Ali məhkəməsi, Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının hakimi Tahir Kazımova məktub ünvanlayıb.   Həmin məktubu olduğu kimi təqdim edirik:


D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən

Azərbaycan Respublikasının Ali məhkəməsi, Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının hakimi Tahir Kazımov cənabına

Hörmətli cənab hakim!   D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Ictimai Birliyinə Bakı sakini K.Tağıyeva  tərəfindən, aşağı instansiya məhkəməsinin onun, həyat yoldaşı Tağıyev Mahmud Rasim oğlu barəsində ədalətsiz hökm çıxarmaları, həmin hökmlərdən verilmiş kassasiya şikayətinə isə 18 Mart 2020-ci ildə Sizin sədrliyinizlə baxılacağı barədə müraciət daxil olmuşdur. Həmin müraciəti Sizə göndərib, həmişə olduğu kimi ədalətli qərar çıxaracağınıza əmin olduğumuzu bildiririk.

  Hörmətlə, Ümumdünya Qadınlar Birliyinin Azərbaycan təmsilçisi, ABŞ və Avropa İttifaqının “Demokratiya Ugrunda” və ABŞ Dövlət Departamentin Mükafatları laureatı, D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti İB-nin sədri :

  Novella Cəfərova  
 Bakı şəhəri
      12.03.2020  
           
 Qeyd  edək ki,həbsdə  saxlanılan jurnalist Mahmud   Rasimoğlunun işi ilə  bağlı növbəti məhkəmə prosesi mart ayının 18-nə təyin olunub. Xatırladaq ki, “Qafqaz Xəbər Agentliyi”nin rəhbəri , “Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Rasimoğlu 3 iyul 2018 tarixində jurnalist fəaliyyətinə görə  saxta ittihamla  BMCMİ-nin əməkdaşları  tərəfindən  həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə prokuror  jurnalistə 12 il həbs cəzası verilməsini istəyib ,məhkəməyə sədrlik edən  hakim Fikrət Qəribov da 30 aprel 2019 tarixdə Mahmud Rasimoğlunun (Tağıyev)Azərbaycan Respublikası CM-nin 182.3.2 maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi haqda ədalətsiz hökm çıxarıb.    
Legion.az