İtaliyada gün ərzində koronavirusdan 250 nəfər öldü
İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər təşkil edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib. O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 1 266 nəfərə çatıb. Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir. Daha əvvəl koronavirusdan 1 016 nəfərin öldüyü, 12 839 nəfərin yoluxduğu bildirilirdi.