Koronavirusun qeydə alındığı ölkələrin sayı 146-ya çatdı
Afrika qitəsində yerləşən Ruandada koronavirusa ilk yoluxma halı qeydə alınıb. “Report” xəbər verir ki, bunu Ruandanın Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, yoluxan şəxs Hindistan vətəndaşıdır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 146 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 930-a çatıb. Bunların 72 553 nəfəri sağalıb, 5 440 nəfəri isə ölüb.