Rusiya iki ölkə ilə sərhədləri bağlayır
Rusiya hökuməti koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Polşa və Norveç ilə sərhədləri bağlayacaq.   Modern.az-ın məlumatına görə, hökumətin qərarı əsasında bu ölkələrdən Rusiyaya əcnəbi vətəndaşların keçidinə məhdudiyyət qoyulacaq.   Qərar marıtn 15-dən başlayaraq qüvvəyə minəcək.   Qeyd olur ki, məhdudiyyət Belarus vətəndaşlarına, rəsmi nümayəndə heyətlərinə və Rusiyada yaşayış icazə olan əcnəbilərə şamil olunmayacaq.