Yunanıstan hökuməti əhalini evdən çıxmamağa çağırdı
Yunanınstanda koronavirus səbəbindən üçünçü ölüm hadisəsi baş verib.   Modern.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu barədə Yunanıstanın Səhiyyə idarəsindən açıqlama verilib.   Ölən şəxslər 62, 67 və 92 yaşında olublar.   Yunanıstanın Baş naziri Kiryakos Miçotakis televiza vasitəsi ilə verdiyi açıqlamada ölkəni koronavirusla bağlı çətin günlər gözlədiyini bildirib.   Səhiyyə qurumları isə əhalini məcbur olmadıqları təqdirdə evlərindən çıxmamağa çağırıb.