Gürcüstanda kazinolar bağlandı
Gürcüstan hökuməti ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə əlavə qərarlar qəbul edib. “Report”un yerli bürosu xəbər verir ki, ölkə ərazisindəki bütün kazino və totalizatorlar fəaliyyətlərini müvəqqəti dayandırıb. Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası bu sahədə fəaliyyət göstərən şirkətləri mövcud vəziyyəti nəzərə alaraq yüksək sosial məsuliyyət nümayiş etdirməyə çağırıb. Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 30 yoluxma halı təsdiqlənib, 418 nəfər karantində, 54 nəfər isə stasionar nəzarətdə saxlanılır.