Çində koronavirus qurbanlarının sayı 3,2 min nəfəri ötdü
Ötən gün Çində koronavirusdan 14 nəfər ölüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, ölkədə daha 16 nəfər virusa yoluxub, 838 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Komitə bildirib ki, Çində koronavirusa yoluxanların ümumi sayı 89 860 nəfərə çatıb. Ölkədə ümumilikdə 3 213 nəfər epidemiyanın qurbanı olub, 67 490 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.