Rusiyada güclü yanğın oldu, ölənlər var - FOTO
Rusiyada güclü yanğın hadisəsi baş verib. “Report”un məlumatına görə, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, hadisə İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində, Orconikidze küçəsindəki ikiotaqlı evdə qeydə alınıb.   
  "Bu səhər İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində baş verən yanğında dördü uşaq olmaqla, yeddi nəfər həlak olub", - nazirlikdə deyiblər. Qeyd edilir ki, hadisə zamanı ölənlər 1998-ci il təvəllüdlü kişi, 1997 və 1993-cü il təvəllüdlü iki qadın, həmçinin dörd uşaqdır. Onların hamısı dəm qazından zəhərlənib.  
  İlkin məlumata görə, hadisəyə qısqapanma səbəb olub.