Dolların bahalaşdığı, sabiq qaldığı, ucuzlaşdığı POSTSOVET ÖLKƏLƏRİ
Keçmiş sovet respublikalarında dollar ucuzlaşmaqda davam edir.   Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilin əvvəlindən ABŞ dolları Rusiya rubluna qarşı  8,4%, (67,51-dən 73,18 rubla çatıb), Gürcüstan larisi 7,91%, (2,77-dən 2,99-a qalxıb), Qazaxıstan tengesi 6,13%, (382,05-dən 405,46 tengeyə çatıb) və Ukrayna qrivnası 4,51% (24,74-dən 25,85 qrivna olub) bahalaşıb.   Qırğızıstan soması 4,34% artaraq 69,85-dən 72,88-ə, Latviya, Estoniya və Litvada avro 2,1% dəyər qazanıb və 0,88-dən 0,90-a qalxıb. Analoji artım Ermənistan dramında 1,67% (479,82-dən 487,85-ə), Moldova leyi 0,5% (17,42-dən 17,51-ə), Tacikistan somonisi isə 0,4% (9,68-9,71) bahalaşıb. Azərbaycan manatının (1,7) və Türkmənistan (3,5 manat) manatının dollara nisbəti sabir qalıb. Maraqlıdır ki, Özbəkistanda milli pul vahidi suma dollar qarşlısında 9,51-dən 9,500-ə enərək 0,14% ucuzlaşıb.