Azərbaycanda keçmiş məmur karantinə alındı - FOTO
Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.   LEGİON.AZ  Oxu.az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.   Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.   Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.   Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.