Mübariz Mənsimov haqqında həbs qərarı verildi
Azərbaycanlı iş adamı Mübariz Mənsimov və meneceri Nuray Nurcihan Perker hakim qarşısına çıxarılıb.   “Yeni Sabah” Haber Global-a istinadən xəbər verir ki, məhkəmə hər iki şəxs haqqında qərar verib. M.Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Ötən gecə İstanbulun Çağlayan Məhkəməsinin qərarı ilə  M. Məsimov haqqında həbs, Peker haqqında isə nəzarətdə saxlanılmaqla sərbəst buraxılma qərarı verilib.