“Bakıya giriş-çıxış bağlansa, o insanların halı necə olacaq?”
“Koronavirus böyük bəladır. Azərbaycan da bu bəladan istisna deyil. Dövləti qapatmağın, ölü dövlətə çevirməyin fikirləri ilə razı deyiləm”.   “Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. Deputatın sözlərinə görə, evinə çörək aparan insanları da düşünmək lazımdır: “İnsanlar var ki işləməsə, evinmə çörək apara bilməz. Bir günlük, beş günlük müqavilə ilə işləyən insanlar var. Bəs o insanların halı necə olacaq?! Deputat həmkarım Fazil Mustafa deyir ki, Bakıya giriş çıxışı bağlayaq. Bu da doğru deyil. Bəs meyvə-tərəvəz məhsulları paytaxta necə daşınacaq? Hesab edirəm ki, paytaxta gediş-gəlişi davam etdirmək lazımdır. Eyni zamanda, özümüzü də müəyyən mənada bu virusdan qorumalıyıq”