Çində son bir gündə koronavirusdan 1000-ə yaxın insan sağalıb
Son bir gündə Çində koronavirusa yoluxmuş 930 nəfər sağalıb. Bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib. Bununla yanaşı, ölkədə 21 yeni yoluxma halı müəyyən edilib. Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 80 min 881 nəfərə çatıb. Epidemiya başlayandan bəri 68 min 869 nəfər xəstəlikdən sağalıb.