Şimali Makedoniya NATO-nun üzvü oldu
İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün "Twitter" səhifəsində yazıb. “İspaniya Senatı yenicə Şimali Makedoniyanın NATO-ya qoşulmasını təsdiq etdi”, - deyə Stoltenberq sosial şəbəkədəki hesabında yazıb. İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkəsindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb. “Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, - baş katib əlavə edib.