İranda koronavirusdan ölənlərin sayı 1135 nəfərə çatıb
İranda koronavirusdan ölənlərin sayı 1135, xəstəliyə yoluxanların sayı isə 17 361 nəfərə çatıb.   Modern.az-ın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü bildirib.    Nazirlik rəsmisinin sözlərinə görə, son 24 saat ərzində 1192 nəfər virusa yoluxub, 147 nəfər ölüb.    İndiyədək 5710 nəfər sağalıb.