Dünyanın ən varlı şəxsi 5 il öncə virus barədə xəbərdarlıq edib-VİDEO
"Microsoft"un qurucusu Bill Qeyts dünyanı qorxuya salacaq virus barədə 5 il əvvəl xəbərdarlıq edib. Dünyanın ən varlı şəxsi bu barədə 5 il öncə çıxış etdiyi konfransda danışıb. Bill Qeyts ictimaiyyətə müraciətində virusa qarşı insanları diqqətli olmağa çağırıb. O həmçinin deyib ki, dünya infektiv virusla üz-üzə qalacaq. Qeyd edək ki, bu günə kimi dünya üzrə 198 min 178 nəfər COVID-19 virusuna yoluxub. Onlardan 81 min 960 nəfər sağalmağı bacarıb, 7954 nəfər isə virusa təslim olaraq dünyasını dəyişib.(BAKU.WS)