Londonda ictimai nəqliyyat məhdudlaşdırılacaq
Martın 19-dan Böyük Britaniyanın paytaxtı Londonda onlarla metro stansiyası bağlanacaq, avtobus marşrutları məhdudlaşdırılacaq. “RİA Novosti” xəbər verir ki, bu qaydalar koronavirusla mübarizə çərçivəsində tətbiq edilir. Məlumata əsasən, cümə axşamı 40-a yaxın metro stansiyası bağlanacaq. Cümə günü isə “Waterloo & City line” metro xəttində qatarların gedişatı dayandırılacaq.