Ronaldonun xanımı hücumçuya koronavirus təhlükəsi yaratdı
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez azarkeşlərin qəzəbinə tuş gəlib.   Modern.az-ın “La Gazetta Della Sport”a istinadən məlumatına görə, buna səbəb onun karantin qaydalarını pozmasıdır.   Corcina koronavirusun sürətlə yayılmasına baxmayaraq alış-verişə çıxıb və Ronaldo üçün də təhlükə yaradıb. Bu da “Yuventus” azarkeşlərinin xoşuna gəlməyib və onlar Rodrigezə etiraz ediblər.   Qeyd edək ki, Ronaldo-Rodrigez cütlüyü 2019-cu ilin noyabrında rəsmi nikaha daxil olublar. Onların bir qızı var.