Azərbaycanda dəhşət: Dörd uşaq atası özünü güllələdi
Ucarda dörd uşaq atası intihar edib. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Əlikənd kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Zaməddin Əhəd oğlu Məmmədov ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Dörd uşaq atası olan Z.Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.