ABŞ İrana sanksiyaları genişləndirdi
ABŞ hökuməti İrana qarşı sanksiya siyahısına Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir sıra şirkətlərin adını salıb. “Report” xəbər verir ki, bunlar “Alam Althrwa General Trading L.L.C.”, “Alphabet International Dmcc”, “Alwaneo L.L.C Co”, “Petro Grand FZE”, “Swissol Trade DMCC” şirkətləridir. İranın neft və neft-kimya məhsullarının satılmasına dəstək verdikləri üçün onlara məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.