Monako şahzadəsi koronavirusa yoluxdu
Monako şahzadəsi II Albertin də koronavirus testi müsbət çıxıb və onun infeksiyaya yoluxduğu təsdiqlənib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı özünü normal hiss edir və həkim nəzarətində də olsa, fəaliyyətini davam etdirir.  “Əlahəzrətin səhhəti hər hansı narahatlığa əsas vermir”, - Sarayın açıqlamasında qeyd olunub.  Sənədə görə, iş otağında çalışmalarına davam edən dövlət başçısı hökumət üzvləri ilə daim əlaqə saxlayır. Qeyd edək ki, üç gün əvvəl ölkənin baş naziri Serj Tellenin də koronavirus testi müsbət nəticə göstərib.