Türkiyədə karantinə alınanların sayı 10 minə çatır
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb. “Haber Global”ın məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib. O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.